Brend Məhsullar

Böyük ambisiyalara malik olan Şirkət olaraq biz , həmçinin dünyanın ən tanınmış brendlərindən olan saat və zərgərlik məmulatların satışı ilə də məşğul oluruq. Həmin saat və zərgərlik məmulatları ilə Siz, Şirkətimizə məxsus olan Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal-1, Biznes Aviasiya terminalı, “Bakı” VİP və “Azərbaycan” VİP zallarında yerləşən satış nöqtələrimizdə – multi və monobutiklərdə tanış ola bilərsiniz.

Rahatlığınızı maksimal dərəcədə təmin edilməsini nəzərə alaraq, biz işimizi həm gəliş, həm də gediş ərazilərində strateji baxımdan elə qurmuşuq ki, ölkəmizə gələn və onu tərk edən bütün sərnişinlər bizdə mövcud olan məşhur brendlərin son kolleksiyalarından olan məhsullarını  seçib əldə edə bilsinlər. Şirkətimizin bu sahədə 4 illik fəaliyyəti nəticəsində biz müştəri və qonaqlarımızın etimadını və hörmətini qazana bilmişik.

Bu gün biz dünyanın 50-dən artıq brend şirkətləri ilə inamla əməkdaşlıq edir
və bu sıradan Fabergé, Hermes, Gucci, Van Der Bauwede, Romain Jerome,Bucelatti,
Louis Monet, Breitling, Hysek, Dubey&Schaldenbrand, ArtYA,Grieb&Benzinger, Eberhard&Co, Lalique, Frédérique Constant, Milus, Magellan, TF Est. 1968 və s. kimi tanınmış şirkətlərinin əl əsərlərini sizə təqdim etməkdən qürur duyuruk.

Hal hazırda Şirkətimizin önündə inkişafa və artıma doğru geniş imkanlar dayanır.