Şirkətin siyasəti

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində siyasəti İnteqrasiya olunmuş menecment sisteminin tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi yolu ilə yerüstü xidmətlərin göstərilməsi zamanı uçuşların təhlükəsizliyinin, keyfiyyətli xidmətin, təhlükəsiz və sağlam əmək şəraitinin, istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin daima azaldılmasının və aradan qaldırılmasının təmin olunmasına yönəlmişdir.

Öz fəaliyyətində “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC aşağıda göstərilən prinsipləri rəhbər tutur:

  • uçuşların təhlükəsizliyinin, əməyin mühafizəsinin, keyfiyyətin, o cümlədən yanğın və ekologiya təhlükəsizliyinin təmin olunması;
  • inteqrasiya olunmuş Menecment Sisteminin fasiləsiz təkmilləşdirilməsi və İSO 9001:2008, OHSAS 18001:2007, İSAGO Beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılması yolu ilə xidmətin təhlükəsiz və stabil keyfiyyətlə təqdim edilməsi;
  • ICAO, IATA və digər Beynəlxalq Aviasiya təşkilatlarının standart və tövsiyyələrinə həmçinin keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində şirkətin fəaliyyətini reqlamentləşdirən  qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasının təmin edilməsi;
  • müvafiq tələblərə cavab verən iş yerlərinin, mexanizm və avadanlıqların təchizi və onlara qulluğun təmin edilməsi, həmçinin əsaslandırılmış və praktiki həyata keçirilməsi mümkün olan, təhlükəsiz və sağlamlığa xətər yetirməyən əmək üsullarının tətbiqi;
  • təhlükəli və zərərli istehsalat şəraitində işləyən işçilərin yeni texnologiyalar, müasir kollektiv və fərdi qorunma vasitərlərinin tətbiq olunması yolu ilə həyat və sağlamlığının qorunması;
  • keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məqsədlərin müəyyən edilməsi, fəaliyyət göstəricilərinin analizi və daima yaxşılaşdırılması;
  • işçilərin ixtisas və peşəkarlıq səviyyəsinin daimi artırılmasının təmin olunması və “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin bütün işçiləri ilə keyfiyyət, sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində təlimlərin və konsultasiyaların aparılması;
  • aviaşirkətlərlə bağlanmış standart sazişlərə (SGHA və SLA) və digər korporativ şirkətlərlə bağlanmış müqavilələrə uyğun olaraq öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • yüksək hazırlıqlı, motivasiya edilmiş və gülərüz personal tərəfindən peşəkar xidmətin göstərilməsi;
  • istehlakçıların tələbatlarını və istəklərini müəyyən və təmin etmək məqsədi ilə, onlarla daimi əlaqədə olmaq;
  • qabaqcıl yenilənmiş texnologiyaların tətbigi və avtomatlaşdırma səviyyəsinin artırılması yolu ilə istehsalatın effektivliyinin artırmaq;
  • keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin edilməsində şirkətin personalının maksimal iştirakına şəraitin yaradılması;
  • planlaşdırma, istehsalatın idarəolunması və nəzarəti proseslərinin daima təkmilləşdirilməsi.

 

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin rəhbərliyi, aşağıda göstərilənlər üçün bütün lazımi tədbirləri görəcəkdir:

  • “VİP Aviasiya Xidmətləri Şirkəti”-nin siyasətinin şirkətin bütün işçilərinin, maraqlanan tərəflərin və ictimaiyyətin nəzərinə çatdırılması;
  • yuxarıda göstərilən vəzifələrin yerinə yetirilməsi üçün lazımi vəsaitlərin təqdim edilməsi;
  • qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün şirkətin bütün işçilərinə dəstək verilməsi.