Salam Gold

Uçub getməyə:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;  
  • Sərnişinin 1-сi Terminalın girişində qarşılanması;
  • Portye xidmət (baqajın terminalın girişindən qeydiyyat duracağınadək daşınması üçün işçinin ayrılması);
  • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olan əşyalar barədə məlumatlandırılması;
  • sərnişinin ilk növbədə hava limanının girişindəki Aviasiya təhlükəsizliyi nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişinin ilk növbədə qeydiyyat duracağına fərdi müşayiət olunması;
  • sərnişinin və baqajının qeydiyyatının aparılmasına köməklik göstərilməsi;
  • sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;
  • zərurət yarandıqda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin ilk növbədə Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması; - sərnişinin ümumi gözləmə zalına fərdi müşayiət olunması;
  • sərnişinin vaxtında miniyə müşayiət olunması;
  • tərcüməçi xidməti;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minikməntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;                                                                           
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

 

Uçub gəlməyə (Salam Gold Light):

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin 1-ci terminalın girişində (perron tərəfdən) qarşılanması;
  • Vizanın rəsmiləşdirilməsinə zərurət yarandıqda sərnişinə məsləhət yardımının göstərilməsi;
  • sərnişinin ilk növbədə Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişinin baqajların paylanma məntəqəsinədək fərdi müşayiət olunması;
  • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin ilk növbədə Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin enmə məntəqəsindən gözləmə zalınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;                                                                               
  • sərnişinin gözləmə zalınadək müşayiət olunması;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

 

Terminal 1

Terminal 2

Transfer/tranzit sərnişinə “Salam Servis” xidmətinin “Salam Gold” paketinin tarifi:

  • sərnişin qiyməti – 29,99 $;
  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin gəliş zalının girişində (perron tərəfdən) qarşılanması;
  • sərnişinin uçuşunu həyata keçirmək üçün zəruri sənədlərin mövcud olmasının yoxlanılması;
  • sərnişinin ümumi gözləmə zalına fərdi müşayiət edilməsi;
  • sərnişinin qeydiyyatının və uçuşun rəşmiləşdirilməsinin təşkil olunması;
  • zərurət yarandıqda baqajın qeydiyyatının və emalının təşkil olunması;
  • zəruri hallarda sərnişinin qeydiyyat duracağına müşayiət olunması;
  • zəruri hallarda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • zəruri hallarda sərnişinin Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • zəruri hallarda sərnişinin Aviasiya təhlükəsizliyinə baxış məntəqəsinə fərdi müşayiət olunması;
  • vizanın rəsmiləşdirilməsinə zərurət yarandıqda sərnişinə məsləhət yardımının göstərilməsi;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, onun enmə məntəqəsindən gözləmə zalınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
  • sərnişinin vaxtında miniyə dəvət olunması.