
Absheron Lounge
- sərnişinin Absheron Lounge zalının girişində qarşılanması;
- sərnişinin uçuş qabağı vaxtını rahat və səmərəli keçirməsi üçün Absheron Lounge zalında (yumşaq mebel və interyerlə, telefonla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, siqaret çəkən sərnişinlər üçün nəzərdə tutulmuş yerlə və s. təchiz edilmiş zal) fərdi müşayiət olunması və yerləşdirilməsi;
- sərnişinin Absheron Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin olunması;
- sərnişinin vaxtında miniyə dəvət olunması;
- tərcüməçi xidməti.